Natiya Turnava: “Bu gün strateji əməkdaşlıq və özəl sektorun təşviqi baxımından mühüm gündür”

13:01 14-12-2021 7

“Bu gün strateji əməkdaşlıq və özəl sektorun təşviqi baxımından mühüm gündür”.

milletinsesi.info xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib. 

O bildirib ki, bu il altıncısı keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu region ölkələrinin bazarlarını daha da cəlbedici etməlidir: 

“Forumun təşkilində Azərbaycan tərəfinə xüsusi təşəkkürümü bildirirəm. Pandemiya dövlətlərimiz arasında əməkdaşlığın nə qədər möhkəm olduğunu göstərdi. Hər üç ölkənin özəl sektoru dözümlülük nümayiş etdirdi”. 

Gürcü nazir qeyd edib ki, forumun təşkili dövlətlərarası ticarət və biznesin inkişafında gələcəyə doğru atılan əhəmiyyətli addımdır: 

“Ölkələrimizdə biznes üzrə dövlət və özəl sektor arasında sıx əlaqə mövcuddur. Bu dövrdə ölkələrimizdə müəssisələr yüksək məsuliyyət göstərib və iş yerləri qorunub saxlanılıb, həmçinin dövlətlər bu dövr ərzində dəstək mexanizmləri təşkil ediblər”.

Nigar Məmmədova