Ucqar kənddə həyat dərsi alıb, şagirdlərə təhsil verən müəllim - VİDEOÇARX

13:01 14-12-2021 5

Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində videoçarx yayımlayıb.

Belə ki, o, Lənkəran rayon Diryan kənd tam orta məktəbinin müəllimi Günel Bədəlova ilə bağlı paylaşım edib.

Videoçarxda Günel Bədəlova bildirib ki, o Bakı şəhərində doğulub və təhsil alıb. Daha sonra isə ailəsi ilə birlikdə Lənkəranda müəllimlik fəaliyyətinə başlayıb. Onun sözlərinə görə ilk vaxtlarda burada yaşamaq ona çətin gəlsə də, daha sonra burada yaşamağa öyrəşib. Ailəsi ilə artıq üç ildir kənddə kirayə evdə yaşayan Günel Bədəlova məktəb rəhbərliyinin də onlara dəstək olduğunu bildirib.

Daha ətraflı videoçarxda: