Faktiki hava şəraiti AÇIQLANDI

13:01 14-12-2021 4

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağışın miqdarı Lənkəranda 21 mm, Astarada 8 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3 mm, Biləsuvar, Lerik, Xaçmazda 2 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1 mm-dək, Bakıda 2 mm, Sumqayıtda 1 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 6-9 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, Naxçıvan MR-da 0-6 dərəcə şaxta olub.