İran hökuməti niyə ev heyvanları saxlamağı qadağan edib? - FOTO

12:07 14-12-2021 2

İran İslam Cümhuriyyətində ev heyvanları saxlamağın qadağan edilməsi ilə bağlı qalmaqallı qanun layihəsi ölkə daxilində və xaricində geniş reaksiyalarla üzləşərək ev heyvanları saxlayanların qəzəbinə tuş gəlib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, sözügedən qanun layihəsinə əsasən, qaydanı pozan şəxslər minimum aylıq əməkhaqqının 10-30 faizi qədərində cərimə ödəyəcəklər. Hətta onların heyvanları da əllərindən alınacaq.

Qeyd edək ki, İranda heyvan daşımaq üçün istifadə olunan maşınların da istifadəsinə 3 aylıq qadağa qoyulacaq.

İranda Mustafa adlı 25 yaşlı heyvansevərlər İslam Şurası Məclisinin radikal mühafizəkar üzvlərinin irəli sürdüyü bu təklifdən şoka düşdüyünü bildirərək deyib:

“Yox, mənim pişiyim təhlükəli deyil. Timsahları təhlükəli adlandırmaq olar, lakin dovşan, it və pişik necə təhlükəli ola bilər?”

Xatırladaq ki, İranda təklif edilən bu qərar ötən ay sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çoxları tənə, gülüş və məsxərə ilə rejimin bu qalmaqallı planını tənqid ediblər.