“Mançester Yunayted”də COVID-19-a kütləvi yoluxma: Bugünkü oyun təxirə salındı

12:04 14-12-2021 5

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun “Brentford” - “Mançester Yunayted” oyunu qonaq komandanın üzvləri arasında koronavirusa yoluxma hallarının müşahidə edilməsi ilə əlaqədar təxirə salınıb.

Bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.

Oyunun bu gün (dekabrın 14-də) “Brentford Kommyuniti” stadionunda keçirilməsi nəzərdə tutulurdu.

Qeyd olunur ki, “Mançester Yunayted”in bir neçə futbolçusunun və texniki heyət əməkdaşlarının koronavirus testi müsbət nəticə verib.

Virusa yoluxan futbolçuların adları açıqlanmır.

Mənbə: Manutd.com