Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

11:10 14-12-2021 6

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Bu barədə qurumun “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu vəzifəyə Xanbaba Meyxoş oğlu Hüseynov təyin olunub. 

O daha əvvəl Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin Hemodializ şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

O, həmçinin 4-cü Baş İdarənin 1 və 2 saylı Xəstəxanalarında terapevt, reanimatoloq, anestezioloq və uronefroloq kimi fəaliyyət göstərib. Bundan əlavə, X.Hüseynov 4-cü Baş İdarənin 1 saylı Xəstəxanasının Urologiya və Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb.