Azərbaycanda daha bir federasiyada prezident seçkisi keçiriləcək

11:09 14-12-2021 9

Bu gün Azərbaycan Basketbol Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

milletinsesi.info-a verilən məlumata görə, federasiya prezidentinin seçiləcəyi tədbir saat 11:00-da başlayacaq.

Seçki ənənəvi olaraq, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Basketbol Federasiyasının prezidenti 1999-cu ildən etibarən Nadir Nəsibovdur. O, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi – red.) sədri işləyib.

Səbuhi Musayev