Türkiyəli müğənni qəzaya düşdü: Sevgilisi həlak oldu - FOTO

11:09 14-12-2021 4

Türkiyənin “Hepsi” qrupunun solisti Gülçin Ergül sevgilisi ilə İzmir-İstanbul yolunda avtomobil qəzasına düşüb.

Yük maşınına çırpılan nəqliyyat vasitəsi yolun kənarındakı dəmir arakəsməyə dəyərək dayanıb.

Müğənninin biznesmen sevgilisi Erdal Şeyda Lafçı həlak olub.

Gülçin Ergül Balıkesirdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır, müalicəsini ambulator rejimdə davam etdirəcək. 

Qeyd edək ki, müğənni bir ay əvvəl “Bir-birimize iyi gelmiyoruz” adlı klip çəkdirib. Klipdə müğənni maşın sürür və qəzaya uğrayır.

Mənbə: Snob Magazin