Rusiyanın tanınmış aktyorunun oğlu qəddar şəkildə döyülüb - FOTO

09:00 14-12-2021 17

Rusiyanın tanınmış aktyoru Maksim Drozdun naməlum şəxs tərəfindən qəddar şəkildə döyülən oğlu Yeqor hazırda reanimasiyadadır.

Məlumata görə, həkimlər ağır yaralanan gəncin həyatı üçün mübarizə aparırlar.

Qeyd edək ki, hadisə dekabrın 11-də Moskvada barların birində baş verib. Naməlum şəxs tərəfindən başına zərbələr alan gənc yıxıldıqdan sonra da möhkəm əzilib. O, evə qayıtdıqdan sonra təcili yardım çağırılıb.

Yeqor Drozda çoxlu ağır xəsarətlər diaqnozu qoyulub: qapalı kəllə-beyin travması, orta dərəcəli beyin zədələnməsi, subdural hematoma, beynin sol ön hissəsinin kontuziyası, kəllənin sfenoid sümüyünün sınığı, əmgək sümüyün, həmçinin gicgah sümüyünün sınığı, sağ göz yuvasının altında qançır.

Bundan başqa kəllə əsasının sınığından da danışılır.

Ağır nəticələrə səbəb olan münaqişə zamanı aktyorun oğlunun sərxoş olduğu öyrənilib: xəstəxanada onun qanında spirt aşkarlanıb.

Qeyd edək ki, rusiyalı məşhur aktyor Maksim Drozd tamaşaçılara “Piraniya ovu” (“Oxota na piranyu”), “Müharibə dövrünün qanunlarına görə” (“Po zakonam voennoqo vremeni”), “Likvidasiya”, “Murka” və digər filmləri ilə tanınır.

Onun 24 yaşlı oğlu da aktyordur və Moskva İncəsənət Teatr Məktəbinin tələbəsidir. Yeqor atası ilə birlikdə 2019-cu ildə “Kəpənəklər və Quşlar” (“Baboçki i ptiçı”) serialında rol alıb.

Mənbə: REN TV