“Omikron”dan ilki ölüm halı qeydə alınıb

08:00 14-12-2021 2

Böyük Britaniyada koronavirusun “Omikron” ştamından ilk ölüm halı qeydə alınıb.

Bu barədə Britaniyanın Baş naziri Boris Conson məlumat verib.

Bu günə qədər “Omikron”dan ölüm halı qeydə alınmamışdı.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri doktor Tedros Qebreyesus ölkələri koronavirusun “Omikron” variantının yayılmasını diqqətlə izləməyə çağırıb.

“Omikron”a yoluxduqda xəstəliyin nisbətən yüngül keçdiyinə dair bəzi sübutlar olsa da ÜST-ün Baş direktoru qeyd edib ki, nəticələrin daha dəqiq olması üçün əlavə məlumatlar toplamaq lazımdır.

Mənbə: Pa.media