Peyvəndin vurulma saatı anticism yaranmasına təsir edir?

06:00 14-12-2021 7

Harvard və Oksford Universitetlərində aparılan araşdırma zamanı Britaniyada peyvənd edilmiş 2 190 tibb işçisinin anticism məlumatları nəzərdən keçirilib.

Araşdırmanın nəticələri Harvard Universiteti Tibb Məktəbinin rəsmi saytındakı məqalədə dərc olunub.

“Yeni araşdırmaya görə, günorta saatlarında koronavirus peyvəndi vurulan insanlarda anticism səviyyələri səhərə nisbətən daha yüksəkdir”, - deyə məqalədə qeyd edilir.

Həmçinin bildirilir ki, peyvəndə saatın təsiri ilə yanaşı, qadınlarda və gənclərdə anticisimlər daha yüksək olur.

Mənbə: TRT Haber