Devid Bekham 73 yaşlı atasının sağdışı oldu - FOTO

04:15 14-12-2021 7

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin atası Ted milyonçu hüquqşünas Hilari Mereditlə evlənib. Əfsanəvi idmançı isə təkcə valideyninin toyunu qeyd etməklə qalmayıb, həm də bayram tədbirində atasının sağdışı olub.

73 yaşlı Ted 62 yaşlı fəal və hüquqşünas Hilary Mereditlə evlənmək qərarına gələndə futbolçu onun seçimini dəstəkləyib.

Toy mərasimi Londonda baş tutub.

Cütlük ailə üzvləri və dostlardan ibarət kiçik tədbirə üstünlük verib.

Ənənəyə görə, o, atasına və yeni həyat yoldaşına üzüklər bağışlayıb, həmçinin yeni evlənənlərə nitq söyləyib.

Mənbə: The Sun