Türkiyəli futbolçu “İnter”in azarkeşlərdən danışdı

03:35 14-12-2021 5

“İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya klubunda özünü əla hiss etdiyini bildirib.

“İnter”də olduğum üçün şadam. Bununla fəxr edirəm. Komandaya təşəkkür etmək istəyirəm, çünki burada həqiqətən vacib oyunçu olmağıma kömək edirlər. “İnter”də mənim keyfiyyətlərimi və işə töhfəmi yüksək qiymətləndirdilər, buna görə də kluba kömək etmək üçün əlimdən gələni edirəm. Azarkeşlərə də minnətdaram, çünki onlar məni həmişə dəstəkləyirlər. “İnter”də oynamaq mənim üçün böyük şərəfdir”, - deyə 27 yaşlı yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, “İnter” futbol üzrə İtaliya çempionatında 17 matçda 40 xal toplayıb və A Seriyasının turnir cədvəlinə başçılıq edir.

Mənbə: DAZN