“Omikron” daha təhlükəli “Delta” ştammını sıxışdıra bilər

02:40 14-12-2021 2

“Omikron” ehtimal ki, “Delta” ştammını sıxışdıracaq. Artıq Cənubi Afrikada bunun baş verdiyinə dair məlumatlar var.

Bu barədə Rusiyanın Qamaleya adına Epidemioogiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.

“Cənubi Afrikada onun sıxışdırdığı və bunun kifayət qədər sürətlə baş verdiyi barədə məlumatlar var. Ona görə də hər şey mümkündür", - deyə alim bildirib.

Xatırladaq ki, bundan əvvəl rusiyalı alimlər “Omikron”un patogenliyinin az olduğu üçün canlı peyvənd ola biləcəyi barədə məlumat vermişdilər.

Mənbə: “RİA Novosti”