Daha bir ölkədə koronavirusa görə tədbirlər sərtləşdirilir

02:00 14-12-2021 6

Norveç hökuməti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bu həftə məhdudlaşdırıcı tədbirləri sərtləşdirmək niyyətindədir.

Bu barədə ölkənin baş naziri Yonas Qar Styore açıqlayıb.

“Vəziyyət ciddidir. Virus yayılma sürəti çox yüksəkdir. Və biz koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə məcburuq”, - deyə o vurğulayıb.

Norveçli nazir həmçinin qeyd edib ki, lazımi tədbirlər bu həftə işlənib hazırlanacaq və onlar norveçlilərin gündəlik həyatına təsir edəcək.

Bundan əvvəl İsveçrə Federal Şurası koronavirus pandemiyası ilə mübarizəyə yönəlmiş sanitar tədbirləri gücləndirib.

Mənbə: RİA Novosti