Çində “Omikron”a yoluxma qeydə alındı

01:35 14-12-2021 11

Çinin şimalındakı Tyantszin şəhərində insanda koronavirusun “Omikron” ştammına ilk yoluxma halı aşkarlanıb.

Bu barədə şəhərin Epidemioloji Qərargahının məlumatında qeyd edilir.

Bildirilir ki, xəstə dekabrın 9-da xaricdən gəlib.

Onda koronavirus tənəffüs yollarından götürülən nümunələrdən müəyyən edilib. Yoluxmuş şəxsdə xəstəlik asemptomatikdir, o, xəstəxanaya göndərilib və təcrid olunub.

Mənbə: TASS