Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” klubları məğlub olublar

01:15 14-12-2021 4

Dekabrın 13-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" səfərdə "Sivasspor”un qonağı olub.

Gərgin keçən görüşdə Sivas təmsilçiləri qonaqları minimal hesabla məğlub ediblər.= 1:0.

Günün digər matçında “Qaziantep” öz meydanında “Fənərbağça”nı 3:2 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan bir xal geri qalan “Hatayspor” isə üçüncü pillələrdə qərarlaşıblar.