Avtomobil yüksək sürətlə müştərilərin nahar etdiyi restoranın salonuna daxil oldu – ANBAAN VİDEO

01:00 14-12-2021 8

İstanbulun Böyükçekmece rayonunda yüksək sürətlə hərəkət edən avtomobil əvvəl restoranın zalına, daha sonra isə bitişik qənnadı mağazasına daxil olub.

Hadisə vaxtı restoranda nahar edən iki nəfər mühafizəçi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, sükan arxasında oturan qadın hadisəni törədərkən sərxoş olub.

Hadisə anbaan restoranın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)