Gəncədə avtomobil piyadanı vurub

00:50 14-12-2021 10

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Piyadanın şəxsiyyəti hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.