Kiril Petkov Bolqarıstanın yeni baş naziri oldu

00:10 14-12-2021 5

Noyabrın 14-də Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn “Dəyişiklikləri davam etdiririk” koalisiyasının liderlərindən biri Kiril Petkov ölkənin yeni baş naziri olub.

Onun namizədliyi bazar ertəsi respublika parlamenti tərəfindən təsdiqlənib.

Petkovun lehinə 134, əleyhinə isə 104 millət vəkili səs verib.

Mənbə: TASS