“Haber Global”ın reportajı Türkiyədə “İlin televiziya xəbəri” seçildi - VİDEO

23:07 13-12-2021 5

Türkiyənin ən nüfuzlu media mükafatlarından biri sayılan Sedat Simavi ödülllərinin sahibləri bəlli olub.

Belə ki, Türkiyə Jurnalistləri Cəmiyyətində mükafatların təqdimetmə mərasimi keçirilib.

“İlin televiziya xəbəri” nominasiyasında qalib “Haber Global”ın əməkdaşları olub.

Müxbir Ela Sezen və operator Ünsal Çakinin lentə aldıqları “Esenyurt dosyesi” adlı reportaj ilin ən yaxşısı olaraq dəyərləndirilib.

Üç hissədən ibarət reportajda İstanbulun 39 ilçəsindən biri olan Esenyurtun miqrant axınına uğramasından, həmçinin yeni gələnlərin şəhər həyatına uyğunlaşmaqda yaşadıqları çətinliklərdən bəhs edilib.

Mənbə: “Haber Global”