Yüksək vəzifə tutan “Taliban”ın nüfuzlu üzvü oğlan uşağını zorlamaq ittihamı ilə həbs edilib

22:40 13-12-2021 6

Əfqanıstan paytaxtı Kabildə, şəhərin baş polis idarəsinin mətbuat xidmətinin rəhbəri “Taliban” hərəkatının üzvləri tərəfindən saxlanılaraq həbsxanaya salınıb.

Qeyd olunur ki, Qulam Nəbi Mobin uzun illər “Taliban”ın mətbuatla işləyən tanınmış üzvlərindən biridir.

Əfqanıstan mətbuatı yazır ki, Qulam Nəbi Mobi oğlan uşağını zorlamaqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Hələlik istintaqın digər təfərrüatları barədə məlumat verilmir.

 Mənbə: Aamaj News