Sabirabaddan Ağsuya qonaq gələn gənc qətlə yetirilib

21:25 13-12-2021 2

Ağsu rayonunda qətl hadisəsi törədilib.

“Report” xəbər verir ki, hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. M.Dərgahlı mübahisə zamanı bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin yaralının həyatını xilas etmək olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.