“Mançester Yunayted” məşqləri dayandırdı

20:25 13-12-2021 9

“Mançester Yunayted” komandada koronavirusun yayılması ilə bağlı açıqlama yayıb.

Klub xəstəliyin daha geniş yayılması riskini minimuma endirmək üçün məşq bazasını bağlayıb.

Hazırda komanda rəhbərliyi çərşənbə axşamı “Brentford”-a qarşı oynamağın təhlükəsizliyi barədə Premyer Liqa ilə müzakirələr aparır.

Komandanın Londona səfəri yekun qərar qəbul edilənədək təxirə salınacaq.

Mənbə: manutd.com