Koronavirusla birləşəndə atom bombası effekti yaradan xəstəliklər açıqlanıb

04:30 09-11-2021 12

Ağciyər xəstəliklərinin koronavirusla birləşməsi insan orqanizmində baş verən atom partlayışı ilə müqayisə oluna bilər.

Bu barədə rusiyalı pulmonoloq Serqey Babək bəyan edib.

Onun sözlərinə görə, koronavirus ilk növbədə ağciyərlərə təsir edir. Əgər bu orqanda başqa ciddi xəstəliklər varsa o zaman təhlükə dəfələrlə artır.

Həkim bu təhlükəli xəstəliklər sırasında idiopatik ağciyər fibrozunu misal göstərib. Bu, özünü 70 və daha yuxarı yaşda insanlarda özünü göstəriri, bu halda bir növ ağciyərlər “kiçilir”. Xəstəliyə tutulma riski siqaret çəkdikcə artır.

Bundan əlavə,pulmonoloq xroniki obstruktiv ağciyər xəstəliyini misal göstərib. Onun sözlərinə görə, sözügedən xəstəlik daha çox siqaret çəkənlərdə özünü göstərir.

Pulmonoloqun sözlərinə görə, COVID-19 və ağciyər xəstəliklərinin birləşməsinin orqanizm üçün belə dağıdıcı təsirindən ancaq vaksinasiya və siqareti tərgitməklə yayınmaq olar.