Alek Bolduindən film çəkilişlərilə bağlı paylaşım– FOTO

02:05 09-11-2021 9

Çəkiliş meydançasında tapançadan açdığı atəşlə operatorun ölümünə səbəb olan Alek Bolduin yeni təkliflə çıxış edib.

Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

Ulduz aktyor həqiqi və ya saxta silahlardan istifadə edilən bütün film və teleşouların çəkilişində mütləq polis əməkdaşının olmasını təklif edib. Bolduinin fikrincə, həmin polis prodüser şirkəti tərəfindən işə cəlb edilməli və silahları, onların içindəki mərmiləri yoxlamalıdır.

Xatırladaq ki, oktyabrın 21-də ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (Pas) filminin çəkiliş meydançasında Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Hazırda insidentlə bağlı istintaq davam edir.