Hikmət Hacıyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO

00:45 09-11-2021 9

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində Zəfər Günü ilə bağlı paylaşım edib.

Hikmət Hacıyev yazıb:

“8 Noyabr Şuşada və Bakıda Qələbə Gününə həsr olunmuş musiqi atəşfəşanlığı. Qarabağın və xüsusilə Şuşanın Ermənistanın 30 illik işğalından və müstəmləkəçiliyindən azad edilməsini simvolizə edən yeni tarix Azərbaycanın milli təqviminə daxil edilib”.