İstanbulda tarixi Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

23:45 08-11-2021 10

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərindəki Avropa qitəsində yerləşən tarixi Qalata Qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report” xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, işıqlandırma axşam saatlarından etibarən davam etməkdədir.