Ərdoğan: “İşğala qarşı 30 il boyunca susanlar tökülən qanların əsas baiskarlarıdır” - VİDEO

22:35 08-11-2021 3

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Nazirlər Kabinetinin iclası keçirilib.

İclasdan sonra dövlət başçısı mətbuata açıqlamalar verib.

Ərdoğan çıxında Qarabağ savaşından da danışıb. O, bütün baş verənlərə görə 30 il boyunca işğala susanların günahkar olduğunu bildirib.

“Qarabağ və Azərbaycan torpaqlarının haqsız, hüquqsuz, əxlaqsız işğalına qarşı 30 il boyunca susanlar tökülən qanların və yaşanan faciələrin əsas baiskarlarıdır. Məlum olduğu kimi, Azərbaycanın qələbəsilə yekunlaşan müharibə sentyabrın 27-də Ermənistan tərəfinin hücumu ilə başlayıb. İşğal illəri boyunca qəsdən silahlandırılan və cəsarətləndirilən Ermənistan daha öncələr də atəşkəsi ciddi şəkildə pozub”, - deyə prezident qeyd edib.

O, Azərbaycanın Vətən müharibəsindəki zəfərini dünyanın son dövrlərdə gördüyü ən parlaq qələbə adlandırıb.