Qazilər Baku TV-yə döyüş yollarından danışdılar – VİDEO

21:55 08-11-2021 5

Vətən üçün canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızla yanaşı özünü sipər edən, torpaqlarımızın azadlığı uğruna vuruşan qazilərimizin, igid döyüşçülərimizin də ərazilərin işğaldan azad olunmasında əvəzsiz rolu var.

Onlar Vətən Müharibəsinin canlı şahidləri, vətən mübarizəsinin baş qəhrəmanlarıdır. Oların döyüş yolu hələ əsrlər boyu dillər əzbəri olacaq, tarixə çevriləcək.

Qazi Vəli Vəliyev bildirib ki, Xocavənd rayonun Ağcakənd kəndinin azad olunması üçün dəfələrlə hücuma keçib azad etdikləri üçün oranın azad olunması onun üçün tam fərqli əhəmiyyət daşıyır. 

Daha ətraflı Baku TV-nin süjetində: