Göygöldə Zəfər gününə həsr olunan tədbir keçirilib - VİDEO

21:30 08-11-2021 3

Göygöl şəhərində 8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunub.  

milletinsesi.info xəbər verir ki, Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən təşkil olunan  bayram tədbirində rəsmilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.  

Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Çıxışlar zamanı bildirilib ki,  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Düşmən bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının şahidi oldu. Tarixi qələbədə şəhidlərimizin, qazilərimiz müstəsna xidmətləri var.

Gənc könüllülərin  iştirakı ilə sülh rəmiz olan göyərçinlər havaya buraxılıb. Daha sonra bayram tədbiri konsert proqramı ilə davam edib. Bayram tədbirinin sonunda atəşfəşanlıq olub.