Zəfər Günü ilə bağlı Hidrometeorologiya Xidmətinin binasında Azərbaycan bayrağı proyeksiya olunur - VİDEO

20:15 08-11-2021 11

Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı proyeksiya olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

“Biz də Zəfər Gününün qürurunu möhtəşəm bayraq kompozisiyası ilə nümayiş etdirərək ölkəmizdəki bayram əhval-ruhiyyəsinə öz töhfəmizi veririk.

9 Noyabr - Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq.
Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq”.