“Real” ulduzları heyətindən göndərir

19:45 08-11-2021 5

Madrid “Real”ı növbəti mövsüm bir sıra futbolçularla yollarını ayıra bilər.

Sözügedən futbolçular sırasında Qaret Beyl, Eden Azar, İsko, Marselo, Luka Yoviç və Xesus Valexonun adı çəkilir.

Onların klubda qalmasının maddi cəhətdən problemlərə səbəb olduğu qeyd olunur. Klub onlarla müqaviləni bitirdikdən sonra yaranan gəliri Mbappenin transferi və Vinisiusun müqaviləsinin uzadılmasına sərf edəcək.

Mənbə: AS