Ön cəbhədə döyüşən həkim müharibənin dəhşətlərindən danışdı - VİDEO

17:25 08-11-2021 9

Vətən savaşında ön cəbhədə döyüşən həkim Tural Xaspolad Baku TV-yə müharibənin dəhşətlərindən danışıb. 

Əslən Laçından olan həkim həmlə taborunda döyüşüb, Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Vətən müharibəsi qazisi ön cəbhədə tibb xidməti göstərilməsinin çətinliklərindən, Hadrutdakı xəstəxanadan götürdükləri tibbi ləvazimatları necə istifadə etdiklərindən, təhlükəli döyüş əməliyyatlarından bəhs edib. 

“İşim yalnız yaranı bağlamaq, ağrıkəsici vurmaqla bitmirdi, yaralılara psixoloji dəstək də göstərirdim”, - deyə həkim qeyd edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: