Topxana meşəsi Vətən müharibəsindən dərhal sonra - FOTOREPORTAJ

17:20 08-11-2021 2

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. 

Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. 

Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. 

Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüş, saqqızağacı, qarağac əkilib, əraziyə 100 kiloqram palıd toxumu səpilib.

milletinsesi.info 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən dərhal sonra çəkdiyi fotoları təqdim edir:

FOTO: Ramil Yunus