Nazirdən yüksək vəzifəyə TƏYİNAT

17:00 08-11-2021 2

Daxili işlər orqanlarında yeni təyinat olub.

milletinsesi.info-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Nəbi Cəfərov Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər Biləsuvar RPŞ-nin Cinayət Axtarış Bölməsində rəis vəzifəsində çalışıb.

Könül Cəfərli