“Zirə”nin futbolçusu İsveçlə oyuna çağırıldı - FOTO

16:55 08-11-2021 12

“Zirə”nin üzvü Davit Volkov Gürcüstan milli komandasına dəvət alıb.

milletinsesi.info xəbər verir ki, hücumçu ölkəsinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də İsveç və 15-də Özbəksitana qarşı keçirəcəyi yoxlama oyunu üçün yığmaya çağırılıb.

Qeyd edək ki, bu mövsüm 8 qol vuran futbolçu hazırda Azərbaycan Premyer Liqasının bombardiridir. O, həm də “Zirə”də 45 oyuna 19 qol vurmaqla bu klubun tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.