ABŞ-ın iki hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub

16:20 08-11-2021 3

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının “Mount Whitney” və “Porter” gəmiləri Gürcüstanın Batumi limanına daxil olub.

Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən məlumat verilib.

“Xoş gəlmişsiniz, “Mount Whitney” və “Porter”! Beş ildən sonra ABŞ-ın Altıncı Donanmasının flaqmanı olan “Mount Whitney” Gürcüstana qayıdıb. Bu, onun üçün tanış limandır, “Mount Whitney” artıq beş dəfə burada olub”, - ABŞ səfirliyinin “Facebook” səhifəsində yazılıb.