Kişini şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul tələb edən şəxs SAXLANILDI

16:15 08-11-2021 9

Qobustan qəsəbə sakini olan kişini hədələyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşları tərəfindən kişini şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 400 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini O.Şəkərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.