IJF prezidenti ad gününü Bakıda dünya şöhrətli müğənni ilə qeyd etdi - VİDEO

15:40 08-11-2021 4

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer ad gününü Bakıda qeyd edib.

milletinsesi.info-ın xəbərinə görə, rumıniyalı mütəxəssis və biznesmen 63 yaşını dünən Bakıdakı hotellərdən birində keçirib.

Ad günündə onun şəxsən dəvət etdiyi yaxın dostu, dünya şöhrətli italyan müğənni Al Bano (Albano Karrizi) da iştirak edib.

Marius Vizer ad günü tortunu “Feliçita” mahnısı ilə dünyada populyarlıq qazanmış 78 yaşlı müğənni ilə birlikdə kəsib.

Səbuhi Musayev