Azərbaycanın tanınmış rəssamı Abbas Kazımov Moskvada vəfat edib - FOTO

15:05 08-11-2021 6

Azərbaycanın tanınmış rəssamı Abbas Kazımov Rusiya paytaxtında xəstəxanalardan birində koronavirusdan vəfat edib.

A.Kazımov 1956-cı ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qrafika fakültəsini bitirib. Kazımov 1979-cu ildən müxtəlif sərgilərdə iştirak edib. Onun əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Avropa ölkələri və ABŞ-da təqdim olunub.

O, haqlı olaraq Abşeron məktəbinin - ötən əsrin Azərbaycan incəsənətinin orijinallığını böyük ölçüdə müəyyən edən rəssamlar qrupunun ən məşhur simalarından biri hesab olunub. 

Abbas Kazımov Şərq mədəniyyəti ilə klassik təsviri sənət məktəbini birləşdirən unikal texnikanın müəllifi olub. Uşaqlıqda eşidilən nağıllar, Şərq xalçalarının ornamentləri, nənələrin yorğanlarındakı mürəkkəb naxışlar, Azərbaycanın ulduzlu gecəsi - bütün bunlar rəssamın kətanlarında öz əksini tapıb.

Azərbaycanlı rəssamın əsərləri Rusiyanın Tretyakov Qalereyasında, RF Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin (Moskva),  Qaraqalpaqıstan Respublikası İ.V.Savitski adına Dövlət İncəsənət Muzeyinin (Nukus, Özbəkistan) və s. muzey və qalereyalarda saxlanılır.

Mənbə: Trend Life