Yevlaxda ağır qəza: Bir ailənin üç üzvü xəsarət aldı

14:50 08-11-2021 4

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib.

milletinsesi.info-ın məlumatına görə, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb. 

Qəza zamanı iki minik avtomobili toqquşub. Zərbədən sonra avtomobillərdən biri yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin 3 üzvü - Araz Abdullayev, Əkbər Abdullayev və Saygül Abdullayeva xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlhamə Əbülfət