Karateçilərimiz İstanbulda qazandıqları 29 medalı Zəfər Gününə həsr etdi - FOTO

14:20 08-11-2021 20

Azərbaycan karateçiləri İstanbulda şotokan karate üzrə XI dünya çempionatında 29 medal qazanıb.

milletinsesi.info xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 6-sı gümüş və 10-u bürünc medaldır.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.

Qeyd edək ki, karateçilərimiz medallarını Zəfər Gününə həsr edib.