Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs ƏLƏ KEÇDİ

13:00 08-11-2021 8

Bakı şəhər sakini olan qadına hədə-qorxu gələn şəxs ələ keçib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən videosunu yayacağı ilə hədələyərək qadından 7 000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.