Mehriban Əliyeva: “Ömrümün ən xoşbəxt günlərindən biri!” - FOTO

12:55 08-11-2021 3

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan yeni fotolar paylaşıb. 

Mehriban Əliyeva “Instagram” hesabında Cıdır düzündə hərbçilərlə birlikdə çəkdirdiyi şəkilləri yayımlayıb. 

Birinci vitse-prezident fotolara bu şərhi yazıb:

“Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!”