DOST Mərkəzlərinin hər birinin önündən 44 göyərçin səmaya uçuruldu - FOTO/VİDEO

12:40 08-11-2021 6

Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib.

Nazirlikdən verilən məlumata görə, hər bir DOST Mərkəzinin önündən sülh və əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya uçurulub.

Möhtəşəm tarixi zəfərimizə həsr olunan tədbirdə DOST Mərkəzlərinin əməkdaşları və DOST könüllüləri ilə yanaşı, Vətən müharibəsinin bir qrup qazisi də iştirak edib.