Polis əməkdaşı saxta COVID-19 pasportu satır? - AÇIQLAMA

12:35 08-11-2021 9

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev saxta COVID-19 pasportu satdığı yerdə saxlanıldığı iddia edilib. 

E.Xankişiyevin Neftçala RPŞ-nın rəisi Vüsal Şəbəndiyevin adamı olduğu və müxtəlif adamlara saxta COVID-19 pasportu satdığı qeyd edilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub:

“Hazırda Neftçala RPŞ-də xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir”.

İlhamə Əbülfət