Namiq Ələsgərov qol vurdu, komandası azarkeşlərin hücumuna məruz qaldı - VİDEO

11:50 08-11-2021 3

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” komandası azarkeşlərin hücumuna məruz qalıb.

Bu barədə Bursa təmsilçisi rəsmi “Twitter” hesabında paylaşım edib.

Belə ki, hadisə “timsahlar”ın səfərdə “Kocaelispor”a 1:2 hesabı ilə uduzduqları Türkiyə I liqasının XII tur oyunundan əvvəl baş verib.

Fanatlar avtobusu stadiona daxil olarkən təpikləməyə başlayıb. Bundan əlavə, tərəfdarlar avtobusa butulkalar da atıb.

Qeyd edək ki, “Bursasspor”un yeganə qolunu 61-ci dəqiqədə penaltidən Namiq Ələsgərov vurub.