“Qarabağ cəngisi” instrumental kompozisiyası - VİDEO

10:00 08-11-2021 4

“Qarabağ cəngisi” instrumental kompozisiyası Vətən müharibəsi dövründə yazılıb. 

Mahnı 44 günlük Vətən savaşındakı Azərbaycan-Türkiyə həmrəyliyinə və qardaşlığına həsr edilib. Mahnının müəllifi Mirsahib Musayev, aranjimanı isə Muxtar Abseynova aiddir. Kompozisiya Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında “Natiq” ritm qrupu, Coşqun Sadıqov və Türkiyənin “İstanbul strings” qrupu tərəfindən ifa edilib. 

Mahnıda Azərbaycan milli alətləri olan nağara, tütək və zurna ilə yanaşı, türk bağlaması və skripkadan da istifadə edilib. Kompozisiyaya çəkilmiş klip art-monoloq üslubunda ekranlaşdırılıb. Klipdə işğaldan azad edilmiş bölgələrimizin rəngli qumla çəkilmiş görüntüləri, iki ölkənin bayraqları, həmçinin 44 günlük Vətən savaşının simvollarına çevrilmiş şəxslərin və texnikanın görüntüləri öz əksini tapıb. 

Video boyunca Azərbaycan və Türkiyə Prezidentlərinin savaş boyunca söylədikləri və xalqın böyük rəğbətini qazanmış ifadələr də yer alır. Klipin quruluşçu-rejissoru Elnur Canıyev, rəssamı isə Lalə Hüseynzadədir. Klipdə görünən rəssam da Lalənin özüdür.

Həmin kompozisiyanı təqdim edirik: