Bayden “öncə Amerika” prinsipindən imtina edib

06:55 08-11-2021 4

ABŞ prezidenti Co Bayden sələfi Donald Tramp tərəfindən gündəmə gətirilmiş “öncə Amerika” (America first) prinsipindən imtina edib.

Bunu dövlət başçısının təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

Onun sözlərinə görə, Bayden bu prinsipin reallıqda ABŞ-ı ən sonuncu yerə atdığını bildirib.

Qeyd edək ki, “öncə Amerika” prinsipi ABŞ xarici siyasətinə XX əsrin əvvəllərində gətirilib və milli maraqların mütəffiqlərin maraqları, eləcə də beynəlxalq öhdəliklərdən üstün olmasını nəzərdə tutur.

Mənbə: TASS